Bağlanmış (dondurulmuş)

Locked in 1) Sabit faiz dərəcəli qiymətli kağız almaqla gəlirin sabit bir kəmiyyətə bağlanması; 2) Kapitalın artmasına görə əlavə vergi ödəməkdən çəkinməyə görə qiymətli kağızların satışının mümkün olmaması və ya arzuolunmaz olması; 3) Müəyyən növ qiymətli kağızlar üzrə ticarətin dayandırılması (məsələn, fyuçers bazarında qiymət dəyişmələrinin qoyulmuş həddi keçməsi ilə əlaqədar olaraq) ehtimalına görə investorun həmin növ qiymətli kağızı sata bilməməsi (satdığı halda zərərə düşəcək).
Bağlanma müddəti
Bahalaşdırma (qiymət əlavəsi, marja)
OBASTAN VİKİ
Dondurulmuş münaqişə
Dondurulmuş münaqişə — beynəlxalq münasibətlərdə aktiv silahlı münaqişənin sona çatdığı, lakin heç bir rəsmi sülh müqaviləsinin və ya digər siyasi çərçivənin münaqişəni qane edəcək şəkildə həll etmədiyi bir vəziyyət. Ona görə də hüquqi baxımdan münaqişə hər an yenidən başlaya bilər, qeyri-təhlükəsizlik və qeyri-sabitlik mühiti yarada bilər. Bu termin ümumiyyətlə postsovet münaqişələri üçün istifadə olunur, lakin tez-tez digər genişlənmiş və həll olunmamış ərazi mübahisələrinə də şamil edilir. Ortaya çıxan de-fakto vəziyyət münaqişə tərəflərindən hər hansı birinin bəyan etdiyi rəsmi mövqeyə uyğun ola və ya uyğun gəlməyə bilər. Məsələn, Koreyanın bölünməsində həm Cənubi Koreya, həm də Şimali Koreya rəsmi olaraq bütün yarımadaya iddialarını irəli sürürlər; lakin iki ölkənin nəzarət zonaları arasında dəqiq müəyyən edilmiş sərhəd mövcuddur. Dondurulmuş münaqişələr bəzən qismən tanınan dövlətlərlə nəticələnir. Məsələn, dondurulmuş Gürcüstan-Osetiya münaqişəsinin məhsulu olan Cənubi Osetiya Respublikası beş BMT üzvü də daxil olmaqla səkkiz başqa dövlət tərəfindən tanınır; bu qurumların digər üçü qismən tanınan dövlətlərdir. == Nümunələr == === Postsovet ərazilərində === 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bəzi postsovet dövlətlərinin ərazilərində bir sıra münaqişələr yarandı, burada adətən yeni beynəlxalq sərhədlər yerli əhalinin etnik mənsubiyyətinə uyğun gəlmirdi. Bu münaqişələr əsasən “dondurulmuş vəziyyətdə” qalmışdır, mübahisəli ərazilər beynəlxalq səviyyədə mənsub olduqları və hələ də həmin əraziləri öz ərazilərinin bir hissəsi hesab edən ölkələrdən başqa qurumların faktiki nəzarəti altındadır. Dnestryanı müharibəni (1990-1992) başa vuran atəşkəsdən bəri Rusiyanın təsiri altında olan separatçı Dnestryanı respublika Moldova ərazisinin ən şərq zolağına nəzarət edir.
Dondurulmuş (film, 2013)
Donmuş (ing. Frozen) — "Walt Disney Animation Studios" tərəfindən istehsal edilmiş və "Walt Disney Pictures" tərəfindən yayımlanmış 2013-cü il amerikan musiqili animasiya filmi. Filmin yazarları danimarkalı yazıçı Hans Kristian Andersenin 1844-cü ildə yazdığı "Qar kraliçası" hekayəsindən ilham alıblar. Filmdə Şahzadə Anna, dostu Kristoff, onun maralı və qardan adam Olafla birlikdə onu tərk etmiş, buz gücləri olan bacısı Elsanın axtarışına başlayır.
Geniş bağlanmış gözlərlə (film, 1999)
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır. Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı.